- İtaliya S.A.
- 15:41 21.11.2024
İtaliya A seriyasının 3-cü turunda “Yuventus” “Fiorentina” ilə səfər matçında bərabərə qalıb (0:0).
Corner.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Maurisio Sarri oyunun saat 15.00-da başlamasının nəticəyə təsir göstərdiyini söyləyib.
“Mən bu haqda heç nə demək istəmirəm. Əks halda gərək mühasibat hesablarını və klubların büdcələrini müqayisə edək” . Sarrinin istidən şikayətlənməsinə münasibət bildirərərkən “İnter”in baş məşqçisi Antonio Konte belə deyib. “Kiməsə sakitləşmək lazımdır. O, indi güclü olan tərəfdədir” – deyə Konte əlavə edib.
Qeyd edək ki, bu, həm də Kontenin Sarrinin 2 il öncəki açıqlamasına cavabı da sayıla bilər. O vaxt “Napoli”ni çalışdıran Sarri bildirmişdi ki, “Yuventus”un matçları həmişə gec saatlarında başladığından çempionluq mübarizəsində komandasından üstünlüyü var.Həmçinin Sarri demişdi ki, “Napoli” büdcəsinə görə “Yuventus”la rəqabət apara bilməz.(qol)