5 dekabr 2025. Cümə

“Atalanta” baş məşqçisini istefaya göndərdi


“Atalanta” baş məşqçisini istefaya göndərdi

İtaliyanın “Atalanta” klubu baş məşqçi İvan Yuriçlə yollarını ayırıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yer alıb.

Yuriçlə birlikdə məşqçilər korpusundan Matteo Paro, Miqel Velozu, Paolo Barbero, Stepan Ostoç və Mikele Orekkyo da klubdan ayrılıblar.

Xorvatiyalı mütəxəssis 2025-ci ilin yayında Can Pyero Qasperini “Roma”ya keçdikdən sonra komandanın başına gətirilmişdi.

Lakin son 8 oyunda cəmi 6 xal toplayan “Atalanta” “Udineze”yə (0:1) və “Sassuolo”ya (0:3) uduzub, digər 6 görüşdə isə heç-heçə ilə kifayətlənib.

Hazırda “Atalanta” 11 turdan sonra 13 xalla A Seriyasında 13-cü pillədə qərarlaşıb.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”