- İtaliya S.A.
- 23:33 04.12.2025
İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo ölkə futbolunda yaşanan böhranın səbəblərini açıqlayıb.
90deqiqe.Az “pianetamilan.it”ə istinadən xəbər verir ki, onun sözlərinə görə, İtaliya bir vaxtlar dünyanın ən inkişaf etmiş futbol sisteminə malik olsa da, indi bu üstünlüyü itirib.
“Premyer Liqada tamamilə fərqli futbol oynanılır və bu, əsasən ora yatırılan pullarla bağlıdır. Amma İtaliyada çox istedadlı və bilikli məşqçilər var. Əgər yaradıcılıq nümayiş etdirməsən, A Seriyada nəticə qazanmaq çox çətindir. Təəssüf ki, hazırda liqanın aparıcı komandalarında elə çox oyunçu yoxdur ki, mən məşqçi kimi onlara baxmaqdan zövq alım. Ən çoxu bir-iki belə futbolçu var. Problem də məhz bundadır”
Qeyd edək ki, Cennaro Qattuzo 2025-ci ilin iyun ayında İtaliya millisinin baş məşqçisi təyin olunub.