5 dekabr 2025. Cümə

“Atalanta”nın yeni baş məşqçisi müəyyənləşdi


“Atalanta”nın yeni baş məşqçisi müəyyənləşdi

İtaliyanın “Atalanta” klubu yeni baş məşqçisi bəlli olub.

90deqiqe.Az xəbər verir ki, Berqamo təmsilçisinə “Fiorentina”nın sabiq çalışdırıcısı Raffalele Palladino rəhbərlik edəcək.

 Mütəxəssislə 2027-ci ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, daha əvvəl klub baş məşqçi İvan Yuriçlə yollarını ayırmışdı.

Hazırda “Atalanta” A Seriyasında 11 turdan sonra 13 xalla 11-ci pillədə qərarlaşıb. Komanda uzun müddət məğlubiyyətsiz oyunlar keçirsə də, sonradan ardıcıl iki dəfə uduzub. Əvvəlcə “berqamaskilər” səfərdə “Udineze”yə 0:1 hesabı ilə məğlub olub, daha sonra isə evdə “Sassuolo”dan 0:3 hesablı ağır məğlubiyyət alıblar.

Palladino bundan öncə “Monça” klubunu da çalışdırıb. Onun “Fiorentina”dakı yerini Stefano Pioli tutmuşdu, lakin o da qısa müddət əvvəl istefaya göndərilib.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”