5 dekabr 2025. Cümə

“Yuventus” Vlahoviçlə bağlı qərarını verdi


“Yuventus” Vlahoviçlə bağlı qərarını verdi

“Yuventus” klubunun baş direktoru Damyen Komolli komandanın hücumçusu Duşan Vlahoviçin gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, tərəflər mövsümün sonuna qədər müqavilə ilə bağlı danışıqları təxirə salıblar:

“Biz Vlahoviçlə razılığa gəlmişik ki, bu mövsümü birlikdə başa vuracağıq və müqavilə ilə bağlı danışıqları mövsümün sonunda davam etdirəcəyik. Bu, ötən yaydan bəri aramızda olan aydın razılaşmadır”

Hazırkı 2025/2026 mövsümündə Duşan Vlahoviç 15 oyunda meydana çıxıb, 6 qol vurub və 1 qol ötürməsi edib. “Yuventus” hazırda A Seriyasının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”