29 sentyabr 2026. Çərşənbə axşamı

“San-Siro" əsl futbol məbədidir”


“San-Siro" əsl futbol məbədidir”

“Milan”ın müdafiəçisi Straxinya Pavloviç çıxış etdiyi stadionlar arasında “San-Siro”nu ən yaxşısı adlandırıb.

90deqiqe.Az xəbər verir ki, “pianetamilan.it” serbiyalı futbolçunun dediklərini belə çatdırıb.

“San-Siro" mənim oynadığım ən yaxşı stadiondur. Cümə axşamı ilk dəfə “Uembli”də çıxış edəcəyəm, amma onu “San-Siro” ilə müqayisə etmək artıq mənasızdır. “Milan”ın stadionu əsl futbol məbədidir”

Hazırda “Milan” İtaliya çempionatında üçüncü yerdədir. Klub son çempionluğunu 2022-ci ildə qazanıb.







İtaliya S.A.