5 dekabr 2025. Cümə

Kyaer futbolu bitirdikdən sonra İtaliyada qalmasının səbəbini açıqladı


Kyaer futbolu bitirdikdən sonra İtaliyada qalmasının səbəbini açıqladı

Danimarkalı müdafiəçi Simon Kyaer karyerasını başa vurduqdan sonra futbolçu ölkəni tərk etməyib və İtaliyada yaşamağa davam edir.

90deqiqe.Az xəbər verir ki, “PianetaMilan.it” 36 yaşlı sabiq futbolçuun dediklərini belə çatdırıb.

“Burada özümü yaxşı hiss edirəm. Futbolu uşaqlarım üçün bitirdim ki, onlarla daha çox vaxt keçirə bilim. Ailəmiz bir az qarışıqdır: mən danimarka dilində, həyat yoldaşım isveç dilində danışır, uşaqlar isə həm ingilis, həm də italyan dillərində danışırlar”.

Qeyd edək ki, Simon Kyaer uzun illər İtaliyada çıxış edərək “Palermo”, “Milan”, həmçinin “Roma” və “Atalanta” kimi klubların formasını geyinib. O, Danimarka millisində 132 oyun keçirərək ölkə futbol tarixinin rekordçusu olub.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”