28 iyun 2026. Bazar günü

“İnanıram ki, “Milan” qalib gələcək”


“İnanıram ki, “Milan” qalib gələcək”

İtaliya A Seriyasının növbəti turunda “Milan” həftəsonu “İnter”lə qarşılaşacaq.

90deqiqe.Az “PianetaMilan.it”ə istinadən xəbər verir ki, komandanın sabiq futbolçusu, yayda “Mançester Siti”yə transfer olunan Tidjani Reynders qarşıdakı derbi barədə fikirlərini bölüşüb.Futbolçu matçı mütləq izləyəcəyini və “Milan”ın qələbəsinə inandığını bildirib:

“Əlbəttə, oyuna baxacağam və “Milan”a azarkeşlik edəcəyəm. Komandanın hazırkı durumu yaxşıdır, amma derbinin asan olmayacağı da aydındır. Buna baxmayaraq, mən “Milan”ın üç xal qazanacağına inanıram”.

Hazırda A Seriyasının turnir cədvəlinə “İnter” başçılıq edir, “Milan” isə üçüncü pillədə qərarlaşıb.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı