28 iyun 2026. Bazar günü

“Milan”ın Skudetto şansı var”


“Milan”ın Skudetto şansı var”

Yayda “Mançester Siti”yə keçən “Milan”ın sabiq futbolçusu Tidjani Reynders komandaya hazırkı mövsümdə Skudetto uğrunda mübarizədə şans verir.

90deqiqe.Az “PianetaMilan.it”ə istinadən xəbər verir ki, o, Massimiliano Alleqri ilə “rossoneri”nin oyununu bəyəndiyini bildirib.

“Skudetto? Bu imkansız deyil. Komanda çox yaxşı iş görür. Qələbənin mümkün olduğuna inanıram. “Milan”a qayıdıb-qayıtmayacağım isə bəlli deyil – görərik”.

Xatırladaq ki, niderlandlı futbolçu 2023–2025-ci illər arasında “Milan”ın heyətində çıxış edib. Hazırda klub A Seriyasının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı