14 avqust 2026. Cümə

“Modriç hələ də oyunuyla heyrət bəxş edir”


“Modriç hələ də oyunuyla heyrət bəxş edir”

"Barselona” və “Sevilya”nın sabiq futbolçusu İvan Rakitiç Luka Modriçin “Milan”dakı çıxışını şərh edib.

90deqiqe.Az xəbər verir ki, "derbyderbyderby.it"  sabiq xorvat futbolçunun dediklərini belə çatdırıb.

“Biz eyni vaxtda başladıq, o hələ də oynayır, mən artıq yox. O, inanılmaz bir şəxsiyyətdir. Hansı komandada oynadığı önəmli deyil, Luka Modriçi sevmək lazımdır. Onun futbola, oyuna yanaşması heyrətamiz və təqdirəlayiqdir. Məncə, “Milan” hələ anlamayıb ki, nə qədər böyük xoşbəxtlik onlara düşüb”.

Qeyd edək ki, Luka Modriç uzun illər İspaniya çempionatında “Real”ın formasını geyinmişdi.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"