- İtaliya S.A.
- 23:33 04.12.2025
"Napoli" klubunun prezidenti Aurelio De Laurentiis 2019-2021-ci illərdə bəzi futbolçu transferləri ilə bağlı maliyyə qaydalarını pozmaqda ittiham olunaraq məhkəməyə verilib.
90deqiqe.Az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, İtaliyanın Roma şəhərindəki ilkin məhkəmə instansiyası De Laurentiis və Chiavelli haqqında, Napoli-nin 2019-2021-ci illərə aid balans hesabatlarında maliyyə qaydalarının pozulduğu iddiasıyla yargılama qərarı verib.
De Laurentiisin vəkilləri Qaetano Skalise, Fabio Fulgeri və Lorenzo Kontrada məhkəmənin qərarından təəccübləndiklərini bildiriblər.
İlk məhkəmə iclasının 2 dekabr 2026-cı ildə keçiriləcəyi açıqlanıb.
Maliyyə pozuntularının mərkəzində iki transfer dayanır: 2019-cu ildə "Roma"dan alınan yunan müdafiəçi Kostas Manolas və 2020-ci ildə Fransa klubu "Lill"dən transfer olunan nigeriyalı hücumçu Viktor Osimhen.
Roma Baş Prokurorluğu iddia edir ki, bu transferlər klubun maliyyə hesabatlarında süni mənfəət yaratmaq üçün qeydə alınmış ola bilər.