- İtaliya S.A.
- 23:33 04.12.2025
İtaliyanın “Milan” klubunun sabiq futbolçusu Massimo Ambrozini yeni baş məşqçi Massimiliano Alleqriyə yüksək qiymət verib.
90deqiqe.Az xəbər verir ki, "pianetamilan.it" sabiq futbolçunun dediklərini belə çatdırıb.
“O, əladır! Çox bacarıqlı məşqçidir və əla intuisiyaya malikdir. Mən onun rəhbərliyi altında işləyəndə ən vacib məsələdə müvəffəqiyyətli oldu – böyük oyunçuların fərdi xüsusiyyətlərini düzgün idarə etmək.”
Qeyd edək ki, Ambrozini 1995-2014-cü illərdə “Milan”da çıxış edib və karyerasının sonunda Allegrinin rəhbərliyi altında Skudetto qazanıb. Hazırda “Milan” İtaliya A Seriyasının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.