- İtaliya S.A.
- 23:33 04.12.2025
İtaliya Seriya A-sının XII turunda “Fiorentina” doğma meydanda “Yuventus”u qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, Florensiyadakı “Artemio Franki” stadionunda keçirilən matç 1:1 hesabıyla başa çatıb.
Matçın 14-cü dəqiqəsində qonaqların müdafiəçisi Pablo Mari hesabı açsa da, VAR müdaxiləsindən sonra qol ləğv edilib. İlk hissənin sonunda, 45+5-ci dəqiqədə, “Yuventus”un yarımmüdafiəçisi Filip Kostiç hesabı 1:0 edib. İkinci hissənin başlanğıcında, 48-ci dəqiqədə, meydan sahiblərinin oyunçusu Rolando Mandragora fərqi bərabərləşdirib – 1:1.
Bu nəticədən sonra “Fiorentina” 6 xalla turnir cədvəlinin 20-ci, yəni sonuncu pilləsində qərarlaşıb. “Yuventus” isə 20 xalla 6-cı yerdədir. Lider isə 11 matçda 24 xal toplayan “İnter”dir.