- İtaliya S.A.
- 23:33 04.12.2025
Əfsanəvi italiyalı sabiq qapıçı Canluici Buffon “Milan” – “İnter” derbisində Hakan Çalhanoğlunun qaçırdığı penaltini şərh edib.
90deqiqe.Az xəbər verir ki, "fcinter1908.it" sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Çalhanoğlu zərbəni yaxşı yerinə yetirmədi, adətən vurduğu kimi küncə dəxl etmədi. Düşünürəm ki, Menyan onu psixoloji cəhətdən narahat etdi və zərbənin keyfiyyətinə təsir göstərdi”
Qeyd edək ki, “Milan”ın qapıçısı Mayk Menyan zərbəni dəf etməklə komandasını xilas edib.
Növbəti turda “Milan” “Latsio” ilə qarşılaşacaq, “İnter” isə səfərdə “Piza”nın qonağı olacaq.
Xatırladaq ki, Canluici Buffon karyerasını 2023-cü ildə başa vurub.