- İtaliya S.A.
- 23:33 04.12.2025
“Milan”ın baş məşqçisi Massimiliano Alleqri dünya futbolunda unikal rekorda imza atıb.
90deqiqe.Az-ın məlumatına görə, o, tarixdə ilk dəfə olaraq həm “Milan” (100), həm də “Yuventus” (271) ilə bütün turnirlərdə 100 və daha çox qələbə qazanan yeganə mütəxəssis olub. İndiyədək heç bir məşqçi bu göstəriciyə nail olmamışdı.
Məlumata görə, bir neçə gün əvvəl A Seriyasının oyununda “Milan” “İnter”i 1:0 hesabı ilə məğlub edib. Məhz bu görüş Alleqri üçün “rossonyerlər”in sükanı arxasında 100-cü qələbə kimi tarixə düşüb.
Hazırda “Milan” İtaliya çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Alleqri komandaya 2025-ci ildən rəhbərlik edir. O, daha əvvəl də 2010–2014-cü illər arasında klubun baş məşqçisi olub. Mütəxəssis “Yuventus”u isə 2014–2024-cü illərdə iki mərhələdə çalışdırıb; bu müddətdə 2019–2021-ci illərdə iki illik fasilə vermişdi.