29 iyun 2026. Bazar ertəsi

“Milan"a keçmək üçün indi doğru zamandır”


“Milan"a keçmək üçün indi doğru zamandır”

Fransız yarımmüdafiəçi Adrien Rabyo “Milan”da özünü rahat hiss etdiyini və klubda çıxış etməyə doğru zamanda keçdiyindən məmnun olduğunu bildirib.

90deqiqe.Az-ın "Pianetamilan.it"ə istinadən məlumatına görə, təcrübəli futbolçu “Milan”ın bir il öncə də ona maraq göstərdiyini, lakin o zaman transferin baş tutmadığını qeyd edib:

“Milan" məni keçən il də dəvət etmişdi. Biz danışmışdıq. Amma o zaman klubun səkkizinci yerdən yuxarı çıxmasına kömək edə biləcəyimə əmin deyildim. İndi isə hesab edirəm ki, “Milan"da çıxış etmək üçün optimal zamandır”

Xatırladaq ki, Adrien Rabyo “Milan”a Fransanın “Marsel” klubundan transfer olunub. Daha öncə o, “PSJ”də də çıxış edib.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı