13 yanvar 2026. Çərşənbə axşamı

“Latsio"ya qarşı matç çətin keçəcək”


“Latsio"ya qarşı matç çətin keçəcək”

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri Seriya A XIII turunda “Latsio” ilə keçiriləcək oyun barədə fikirlərini bölüşüb. 

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında danışıb.

“İnterlə oyunumuz böyük emosiyalar yaşatdı, amma konsentrasiyanı itirmək olmaz. Məqsədimiz – ilk dördü tutmaqdır. Yeddi klub arasında cəmi 7 xal fərqi var. Sarri əla iş görür və onun “Latsio”su mübarizəyə qayıdır”

“Maraqlı və çətin oyun olacaq: onlar yaxşı təşkil olunub, az fürsət verirlər və Çempionlar Liqasına düşmək iqtidarındadırlar. Derbini qazanmaq gözəldir, amma əsas indi şənbə günü 3 xal qazanmaqdır”, – o əlavə edib.

Zədəlilər barədə: “Pulışiç ehtimal ki, oynamayacaq, amma hələ oyunadək vaxt var. Ximenes gələn həftə komandaya qoşulmalıdır. Alexsis Salemakers isə bərpa olunub.” Matçdan sonra məlum olub ki, Pulışiç təxminən 2 həftə oynamaya bilər.

Qeyd edək ki, matç noyabrın 29-da, Bakı vaxtı ilə 23:45-də start götürəcək.Hazırda “Milan” 25 xalla ikinci, “Latsio” isə 18 xalla səkkizinci pillədədir.







İtaliya S.A.

Nkunku “Milan”da qalmaq istəyir
  • İtaliya S.A.
  • 23:13 11.01.2026
Nkunku “Milan”da qalmaq istəyir
"O, zərbə gücünü bərpa edəcək"
  • İtaliya S.A.
  • 19:12 11.01.2026
"O, zərbə gücünü bərpa edəcək"