29 iyun 2026. Bazar ertəsi

“Napoli” səfərdə “Roma”nı minimal hesabla məğlub etdi


“Napoli” səfərdə “Roma”nı minimal hesabla məğlub etdi

İtaliya Seria A-nın 13-cü turunda “Roma” və “Napoli” üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, oyun Romadakı “Olimpiko” stadionunda baş tutub. Matçı imperiya təmsilçisi Davide Massa idarə edib.

Görüş 1:0 hesabı ilə Napoli üstünlüyü ilə yekunlaşıb. Yeganə qol 36-cı dəqiqədə David Neres tərəfindən vurulub.

Bu nəticədən sonra “Roma” 27 xalla cədvəldə 4-cü, “Napoli” isə 28 xalla 2-ci pillədə qərarlaşıb.

Növbəti turda “Roma” 7 dekabrda səfərdə “Kaljari” ilə qarşılaşacaq, “Napoli” isə eyni gün evdə “Yuventus”u qəbul edəcək.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı