- İtaliya S.A.
- 23:33 04.12.2025
İtaliya Serie A-nın 13-cü turunda “Napoli” səfərdə “Roma”nı 1:0 hesabı ilə məğlub edib. Yalnız qolu David Neres vurub.
90deqiqe.Az xəbər verir ki, Neapol klubunun hücumçusu Rasmus Hoylund yaxın zamanda fərqlənmək ümidindədir.
“Əlbəttə, mən də qol vurmaq istəyirəm – hücumçu kimi işim budur. Amma komandayla kömək etməkdən məmnunam, hər töhfə önəmlidir. Əsas odur ki, qələbə qazanaq, komanda uğuru hər şeydən üstündür”, – deyə futbolçu "calcionapoli1926.it" saytına açıqlamasında bildirib.
Qeyd edək ki, danimarkalı sonuncu dəfə o, iki ay əvvəl qol vurmuşdu.Növbəti turda “Napoli” Turin “Yuventus”u ilə üz-üzə gələcək.