5 dekabr 2025. Cümə

“Kivu ilə daha çox pressinq edirik”


“Kivu ilə daha çox pressinq edirik”

“İnter”in kapitanı Lautaro Martines baş məşqçi dəyişikliyini şərh edib.  

90deqiqe.Az xəbər verir ki, argentinalı hücumçu bildirib ki, hər iki məşqçi oxşar oyun üslubuna üstünlük verir, lakin Kivu ilə komanda daha çox pressinq edir və topu geri qazanmağa çalışır:

“Onlar oxşardır, amma Kristianın rəhbərliyi altında pressinqimiz daha intensivdir. İndiki taktika ətrafında oyun qurulub və nəticələrimiz indiyə qədər yaxşıdır.”

Qeyd edək ki, Simone İnzaqi dörd il çalışdıqdan sonra Saudiyyə Ərəbistanına gedib, onun yerinə Kristian Kivu gətirilib. Martines 2018-ci ildən bəri “İnter”in heyətində çıxış edir.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”