28 sentyabr 2026. Bazar ertəsi

Andrey Şevçenko “Milan”ın bu mövsümdəki çıxışını dəyərləndirib


Andrey Şevçenko “Milan”ın bu mövsümdəki çıxışını dəyərləndirib

Ukrayna Futbol Assosiasiyasının prezidenti, “Milan”ın sabiq hücumçusu Andrey Şevçenko A Seriyasının cari mövsümündə “rossonyerlər”in çıxışını dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, insayder Nikolo Şkira sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Milan” skudettonu hədəfləyir. Alleqrini çox yüksək qiymətləndirirəm — o, futbolçuları arxasınca aparmağı bacaran mütəxəssisdir. Siz onun üslubunu bəyənib-bəyənməməyinizdən asılı olmayaraq, onunla nəticə gəlir. Leau unikal xüsusiyyətlərə malikdir. O, mənim oynadığım o dövrün ‘Milan’ının bir parçası ola bilərdi.”

İtaliya çempionatının 13 turundan sonra 28 xal toplayan “Milan” turnir cədvəlində liderliyə yüksəlib.A Seriyasının növbəti matçında “Milan” səfərdə “Torino”nun qonağı olacaq.







İtaliya S.A.