29 iyun 2026. Bazar ertəsi

“Milan"a keçidim geriyə addım deyil”


“Milan"a keçidim geriyə addım deyil”

Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç Madrid “Real”ından İtaliya “Milan”ına keçidi barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, "pianetamilan.it" təcrübəli futbolçunun dediklərini belə çatdırıb.

“Təbii ki, “Real”dan hər hansı bir kluba keçid geriyə addım kimi görünə bilər. Hər bir oyunçu bunu təsdiqləyər. Amma mən keçdiyim klub tarixcə “Real”dan geri qalmır. Bu, “Real”dan ayrıldığım halda mənim üçün ən yaxşı senaridir. Mən İtaliya futbolunda böyümüşəm və uşaqlıqdan “Milan”ı dəstəkləmişəm”

Qeyd edək ki, hazırda “Milan” Seria A-da turnir cədvəlinin lideridir.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı