30 sentyabr 2026. Çərşənbə

“Kalyari” evdə “Roma”nı məğlub etdi


“Kalyari” evdə “Roma”nı məğlub etdi

İtaliya A Seriyasının 14-cü turunda keçirilən “Kalyari” – “Roma” oyunu yekunlaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “Unipol Domus” stadionunda baş tutan matçın qalibi 1:0 hesabı ilə ev sahibi komanda olub. 

Görüşün yeganə qolunu 82-ci dəqiqədə Cianluka Qaetano vurub. “Kalyari” ikinci hissənin əvvəlindən – 52-ci dəqiqədən etibarən azlıqda oynayıb. Buna müdafiəçi Zeki Çelikə göstərilən birbaşa qırmızı vərəqə səbəb olub.

Bu qələbədən sonra “Kalyari” 14 xalla turnir cədvəlinin 13-cü pilləsinə yüksəlib. “Roma” isə 27 xalla dördüncü yerdə qərarlaşıb.

Növbəti turda “Kalyari” 13 dekabrda səfərdə “Atalanta” ilə qarşılaşacaq, “Roma” isə 15 dekabrda doğma meydanda “Komо”nu qəbul edəcək.







İtaliya S.A.