8 dekabr 2025. Bazar ertəsi

“Roma” ilin sonunu uğursuz nəticələrlə başa vurur


“Roma” ilin sonunu uğursuz nəticələrlə başa vurur

İlin sonuna yaxın İtaliyanın “Roma” klubu 2025-ci ildəki ən zəif çıxışını göstərib.

90deqiqe.Az-ın məlumatına görə, komanda ardıcıl iki çempionat oyununda qol vura bilmədən məğlub olub. Əvvəlcə “Napoli”yə 0:1 hesabı ilə uduzan “canavarlar”, daha sonra eyni nəticəni “Kalyari” ilə görüşdə təkrarlayıb.

Bu, “Roma”nın 2025-ci ildəki ən uğursuz seriyasıdır. Komanda son dəfə belə vəziyyətə bir il əvvəl – 2024-cü ilin sonlarında düşmüşdü.

Hazırda klub A Seriyasının turnir cədvəlində 4-cü pilləyə geriləyib. Növbəti turda Qasperini komandasını 15 dekabrda baş tutacaq “Komо” ilə oyun gözləyir.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”