29 iyun 2026. Bazar ertəsi

Dibala “Roma”da qalmaq istəyir


Dibala “Roma”da qalmaq istəyir

“Roma”nın hücumçusu Paulo Dibala gələcək mövsümlərdə də hazırkı komandasında qalmaq niyyətindədir.

90deqiqe.Az-ın "La Repubblica"ya istinadən məlumatına görə, futbolçu Argentina çempionatına keçəcəyi ilə bağlı yayılan xəbərlərə təəccüblənib və rəhbərliyə qalmaq istədiyini bildirib.

Klubun idman direktoru Frederik Massara hələ də qərar verməyib. O, komandanın orta yaşını azaltmaq istəyir, lakin argentinalının layihənin bir hissəsi kimi qiymətləndirir.

Qeyd olunur ki, argentinalı oyunçu indiki illik 8,5 milyon avro maaşını azaldaraq qalıb komandada çıxış etməli olacaq. Onun mövcud müqaviləsi 2026-cı ilin yayına qədərdir.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı