14 avqust 2026. Cümə

Markizio “Yuventus”un heyət seçimini tənqid etdi


Markizio “Yuventus”un heyət seçimini tənqid etdi

“Yuventus”un və İtaliya millisinin sabiq yarımmüdafiəçisi Klaudio Markizio A Seriyasının 14-cü turu çərçivəsində “Napoli”nin Turin təmsilçisini 2:1 hesabı ilə məğlub etdiyi oyunu dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, onun sözlərinə görə, qarşılaşma nə istədiyini bilən “Napoli” ilə mövsümün əvvəlindən çətinlik yaşayan “Yuventus” arasında baş tutub:

“Bu, baş məşqçisinin tələblərini dəqiq yerinə yetirən ‘Napoli’ ilə ilin əvvəlindən problemlər yaşayan ‘Yuventus’un oyunu idi. Murillonun Kopmeynersin cinahında, tez-tez qapıçı ilə təkbətək vəziyyətə çıxan Neres kimi futbolçuya qarşı oynadığını görmək məni təəccübləndirdi. Mən müdafiədə kömək etməyə daha çox öyrəşmiş bir futbolçuya şans verərdim”, – deyə Markizio bildirib.

Hazırda “Napoli” 31 xalla A Seriyasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Yuventus” isə 23 xalla yeddinci yerdədir.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"