15 yanvar 2026. Cümə axşamı

“Komo” hücumçusunu itirdi


“Komo” hücumçusunu itirdi

İtaliyanın “Komo” klubunun hücumçusu Alvaro Morata uzun müddətə sıradan çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, A Seriyasının 14-cü turunda “İnter”lə (0:4) keçirilən oyunda ispaniyalı forvard sol budun uzun gətirici əzələsindən ciddi zədə alıb və bu səbəbdən matçın cəmi 32-ci dəqiqəsində meydanı tərk etməli olub.

Klubun rəsmi saytında yayılan açıqlamada deyilir:

“Futbolçu artıq fizioterapiyaya başlayıb. Növbəti həftələrdə bərpa prosesinin gedişi diqqətlə izləniləcək. Onun meydana nə zaman qayıdacağı reabilitasiyanın irəliləyişindən asılı olacaq.”

Hazırda “Komo” İtaliya çempionatında 6-cı pillədə qərarlaşıb. Morata kluba 2025-ci ilin avqustunda qoşulub. O, bu mövsüm A Seriyasının 14 turundan 13-də iştirak etsə də, hələ ki, qol vurmayıb.







İtaliya S.A.

“İnter” 3 xalı tək qolla qazandı
  • İtaliya S.A.
  • 03:15 15.01.2026
“İnter” 3 xalı tək qolla qazandı
“Napoli” evdə xal itirdi
  • İtaliya S.A.
  • 23:41 14.01.2026
“Napoli” evdə xal itirdi
“İnter” Hakan Çalhanoğlunu itirib
  • İtaliya S.A.
  • 22:43 13.01.2026
“İnter” Hakan Çalhanoğlunu itirib
Nkunku “Milan”da qalmaq istəyir
  • İtaliya S.A.
  • 23:13 11.01.2026
Nkunku “Milan”da qalmaq istəyir
"O, zərbə gücünü bərpa edəcək"
  • İtaliya S.A.
  • 19:12 11.01.2026
"O, zərbə gücünü bərpa edəcək"