14 may 2026. Cümə axşamı

“Uşaqlıqdan bəri "Milan"ı dəstəkləyirdim”


“Uşaqlıqdan bəri "Milan"ı dəstəkləyirdim”

Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç açıqlayıb ki, uşaqlıqdan bəri İtaliyanın “Milan” klubunu dəstəkləyirmiş. Modriç 2025-ci ilin yay transfer pəncərəsində “rossoneri”yə qoşulub.

90deqiqe.Az xəbər verir ki,  "La Gazzetta dello Sport" təcrübəli futbolçunun dediklərini belə çatdırıb.

“Çox xoşbəxtəm, çünki İtaliyanın ən böyük klubunda oynayıram. Milan şəhərində hər günümün, hər anımın dadını çıxarıram və ‘rossoneri’ forması geyindiyim üçün çox sevincliyəm. ‘Real’da oynayarkən heç vaxt düşünməzdim ki, bir gün ‘Milan’a gələcəyəm. Amma həyatda bəzən gözləmədiyin şeylər baş verir.

Bu, uşaqlıqdan bəri arzuladığım bir xəyal idi və reallaşdı, çünki kiçik yaşlardan “Milan”ın fanatı olmuşam”

b. Daha əvvəl yarımmüdafiəçi “Real”da çıxış edərək çoxsaylı trofeylər qazanıb.







İtaliya S.A.

 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi