- İtaliya S.A.
- 02:57 15.12.2025
İtaliya A Seriyasının 2025/2026 mövsümünün XV turunda “Bolonya” və “Yuventus” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, “Renato Dall’Ara” stadionunda (Bolonya, İtaliya) keçirilən qarşılaşmada Turin təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Matçda yeganə qolu 64-cü dəqiqədə əvəzetmədən meydana daxil olan müdafiəçi Xuan Kabral vuraraq “Yuventus”u hesabda irəli çıxarıb. 69-cu dəqiqədə isə “Bolonya”nın norveçli müdafiəçisi Torbyorn Heggem qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Bu qələbədən sonra “Yuventus”un xallarının sayı 26-ya çatıb. Turin klubu turnir cədvəlində beşinci pilləyə yüksələrək “Bolonya”nı geridə qoyub. Vinçenso İtalyanonun rəhbərlik etdiyi “Bolonya” isə 25 xalla altıncı yerə enib.