16 dekabr 2025. Çərşənbə axşamı

“Milan” Aleksis Salemakerslə yeni müqavilə imzalayıb


“Milan” Aleksis Salemakerslə yeni müqavilə imzalayıb

İtaliyanın “Milan” klubu və komandanın cinah yarımmüdafiəçisi Aleksis Salemakers yeni əmək müqaviləsi imzalayıblar.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “rossoneri”nin rəsmi saytı məlumat yayıb.

Belçika millisinin üzvü olan futbolçunun “Milan”la yeni müqaviləsi 2031-ci ilin iyun ayınadək qüvvədə olacaq. Mətbuatda yer alan xəbərlərə görə, Salemakersin maaşı da artırılacaq.

Cari mövsümdə belçikalı vinger “Milan”ın heyətində bütün turnirlər üzrə 18 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Massimiliano Alleqrinin rəhbərlik etdiyi kollektiv A Seriyasında 15 turdan sonra 32 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Çempionata isə 33 xalla digər Milan təmsilçisi – “İnter” başçılıq edir.







İtaliya S.A.

"İtaliya üçün çox darıxıram"
  • İtaliya S.A.
  • 23:58 15.12.2025
"İtaliya üçün çox darıxıram"
“Yuventus” 3 xalı tək qolla qazandı
  • İtaliya S.A.
  • 02:57 15.12.2025
“Yuventus” 3 xalı tək qolla qazandı
 “İnter”dən inamlı qələbə
  • İtaliya S.A.
  • 23:12 14.12.2025
“İnter”dən inamlı qələbə
“Napoli” “Udineze”yə uduzdu
  • İtaliya S.A.
  • 21:39 14.12.2025
“Napoli” “Udineze”yə uduzdu