14 yanvar 2026. Çərşənbə

"Milan"ın keçmiş futbolçusu 85 yaşında vəfat etdi


"Milan"ın keçmiş futbolçusu 85 yaşında vəfat etdi

İtaliyanın “Milan” klubunun keçmiş yarımmüdafiəçisi Bruno Baveni vəfat edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “rossoneri”nin rəsmi saytı məlumat yayıb.

O, ötən əsrin 60-cı illərində “rossoneri”nin heyətində parlaq çıxışı ilə yadda qalıb.

Bruno Baveni 85 yaşında dünyasını dəyişib. O, “Milan”la birlikdə 1968-ci ildə İtaliya çempionu olub, bir il sonra – 1969-cu ildə isə Çempionlar Kubokunun qalibi adını qazanıb. Həmin finalda “Milan” Yohan Kroyfun liderlik etdiyi, yeni formalaşmaqda olan “Ayaks” üzərində böyük hesablı qələbə əldə edib.

Baveni həmçinin “Milan”ın heyətində Kuboklar Kubokunun da qalibi olub. Peşəkar futbolçu karyerasını 1974-cü ildə başa vurub.

Qeyd edək ki, Bruno Baveni bu gün – 15 dekabrda qeyd edəcəyi 86 yaşına cəmi iki gün qalmış vəfat edib.







İtaliya S.A.

“İnter” Hakan Çalhanoğlunu itirib
  • İtaliya S.A.
  • 22:43 13.01.2026
“İnter” Hakan Çalhanoğlunu itirib
Nkunku “Milan”da qalmaq istəyir
  • İtaliya S.A.
  • 23:13 11.01.2026
Nkunku “Milan”da qalmaq istəyir
"O, zərbə gücünü bərpa edəcək"
  • İtaliya S.A.
  • 19:12 11.01.2026
"O, zərbə gücünü bərpa edəcək"