18 dekabr 2025. Cümə axşamı

“Ümid edirəm, bu "Yuventus" keçmiş qələbə ruhunu davam etdirəcək”


“Ümid edirəm, bu "Yuventus" keçmiş qələbə ruhunu davam etdirəcək”

"Yuventus"un əfsanəvi hücumçusu Alessandro Del Piero Turin klubunun hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb və ümid etdiyini bildirib ki, müasir komanda keçmiş illərin qələbə ruhunu davam etdirə biləcək.

90deqiqe.Az xəbər verir ki, Del Pieronun sözlərinə görə, onun çıxış etdiyi komandada qələbəyə can atmaq həmişə əsas xüsusiyyət olub. O vurğulayıb ki, hazırkı "Yuventus" üçün heç bir şey qeyri-mümkün deyil, baxmayaraq ki, klub çətin dövr yaşayır:

"Komandamın inanılmaz bir mentaliteti var idi və ümid edirəm ki, Spaletti komandasının üzvləri bizim nümunəmizdən yararlana biləcək. Amma başa düşürəm ki, indi çətin dövrlərdir," — Del Pieronun sözlərindən "La Gazzetta dello Sport" nəşri sitat gətirib.

Hazırda Turin klubu Seria A-da 26 xalla beşinci pillədə qərarlaşıb.







İtaliya S.A.

Menyan “Milan”ı tərk etməyəcək
  • İtaliya S.A.
  • 23:58 16.12.2025
Menyan “Milan”ı tərk etməyəcək
"İtaliya üçün çox darıxıram"
  • İtaliya S.A.
  • 23:58 15.12.2025
"İtaliya üçün çox darıxıram"
“Yuventus” 3 xalı tək qolla qazandı
  • İtaliya S.A.
  • 02:57 15.12.2025
“Yuventus” 3 xalı tək qolla qazandı