14 avqust 2026. Cümə

İlk finalçı "Napoli"


İlk finalçı "Napoli"

İtaliya Superkubokunun yarımfinal matçı başa çatıb.

90deqiqe.Az xəbər verir ki,  Səudiyyə Ərəbistanının ər-Riyad şəhərindəki “Al-Avval Park” stadionunda “Napoli” ilə “Milan” arasında keçirilən qarşılaşmada qalib 2:0 hesabı ilə neapolitanlar olub. 

Matçın 39-cu dəqiqəsində David Neres hesabı açaraq “Napoli”ni önə çıxarıb. 64-cü dəqiqədə Rasmus Hoylund ikinci qolun müəllifi olub.

Turnirin digər yarımfinalında isə Seriya A-nın gümüş mükafatçısı “İnter” İtaliya Kubokunun qalibi “Bolonya” ilə qarşılaşacaq.

Xatırladaq ki, 2024-cü ildə Superkuboku “Milan” qazanıb – finalda “İnter”i 3:2 hesabı ilə məğlub etmişdi.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"