14 avqust 2026. Cümə

“Milan” – “Komo” matçı Avstraliyada keçirilməyəcək


“Milan” – “Komo” matçı Avstraliyada keçirilməyəcək

“Milan” və “Komo” komandaları arasında fevralın 8-də keçirilməsi planlaşdırılan oyun Avstraliyada baş tutmayacaq.

90deqiqe.Az-ın məlumatına görə, İtaliya A Seriyasının prezidenti Etsio Simonelli qarşılaşmanın Pert şəhərində keçirilməyəcəyini təsdiqləyib. O bildirib ki, son aylarda bu matçın Avstraliyada təşkili ilə bağlı mürəkkəb razılaşdırma prosesi aparılıb. Klub rəhbərlikləri, A Seriyası, İtaliya Futbol Federasiyası, UEFA və Avstraliya Futbol Federasiyasından müvafiq razılıqlar alınıb. Lakin son anda Asiya Futbol Konfederasiyası (AFK) əvvəlkindən də qəbuledilməz şərtlər irəli sürüb.

Simonellinin sözlərinə görə, A Seriyası AFK tərəfindən diktə olunan olduqca uyğun olmayan idman şərtlərini belə qəbul etməyə hazır olub. Ancaq AFK-nın son saatlarda Avstraliya Futbol Federasiyasına, dolayısı ilə Avstraliya hökumətinə və A Seriyasına ünvanladığı yeni qəbuledilməz tələblər səbəbindən “Milan” – “Komo” matçının 8 fevralda Pertdə keçirilməsi mümkün olmayıb.

A Seriyasının rəhbəri planın ləğv olunmasından təəssüf hissi keçirdiyini bildirib və bunu İtaliya futbolunun xaricdə inkişafı baxımından əldən verilmiş imkan kimi dəyərləndirib.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"