- İtaliya S.A.
- 23:58 22.12.2025
Amerikalı yarımmüdafiəçi Ueston Makkkenni “Yuventus”da qalmağı ümid etdiyini bildirib, lakin klubla yeni müqavilənin taleyinin onun agentlərinin əlində olduğunu vurğulayıb.
90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano futbolçunun dediklərini belə çatdırıb.
“Ümid edirəm ki, Yuventusda qalacağam. Amma bu məsələni agentlərimə həvalə etmişəm. Mən burada, Luçano Spaletti ilə çox xoşbəxtəm. O, əla məşqçidir.”
27 yaşlı futbolçunun hazırkı müqaviləsi 30 iyun 2026-cı ildə başa çatır. Onun bazar dəyəri 22 milyon avrodur. 2025/2026 mövsümündə Makkkenni 26 oyuna çıxaraq 2 qol vurub və 3 məhsuldar ötürmə edib.