23 dekabr 2025. Çərşənbə axşamı

A Seriyasının ən bahalı futbolçularının adları açıqlandı


A Seriyasının ən bahalı futbolçularının adları açıqlandı

"Transfermarkt" portalında İtaliya çempionatında çıxış edən futbolçuların bazar dəyərləri yenilənib.

90deqiqe.Az xəbər verir ki, yenilənmiş göstəricilərə əsasən, A Seriyasında çıxış edən ən bahalı 10 futbolçunun siyahısı belə formalaşıb:

Birinci pillədə “İnter”in hücumçusu Lautaro Martinez qərarlaşıb – 85 milyon avro. Onu komanda yoldaşı, müdafiəçi Alessandro Bastoni 80 milyon avro ilə izləyir. İlk üçlüyü isə “Yuventus”un gənc istedadı Kənan Yıldız 75 milyon avro dəyər ilə tamamlayır.

Dördüncü sırada “Milan”ın hücumçusu Rafael Leau yer alıb – 70 milyon avro. Beşinci pillədə “Komo”nun futbolçusu Niko Paz qərarlaşıb – 65 milyon avro.

Altıncı yeri üç futbolçu bölüşür: “Milan”dan Kristian Pulişiç, “İnter”dən Nikolò Barella və Markus Türam – hər biri 60 milyon avro dəyərində qiymətləndirilib.

Doqquzuncu pillədə “Roma”nın yarımmüdafiəçisi Manu Kone (50 milyon avro), ilk onluğu isə “İnter”in sol cinah müdafiəçisi Federiko Dimarko (50 milyon avro) tamamlayır.

Qeyd edək ki, Transfermarkt-ın bu yenilənməsi futbolçuların cari performansı, yaşı və bazardakı tələbat əsasında formalaşdırılıb.







İtaliya S.A.

“Partizan”ı “Milan”a dəyişir
  • İtaliya S.A.
  • 15:48 23.12.2025
“Partizan”ı “Milan”a dəyişir
“Qələbə hər şeydən önəmlidir”
  • İtaliya S.A.
  • 12:16 23.12.2025
“Qələbə hər şeydən önəmlidir”