14 may 2026. Cümə axşamı

“Milan” Divok Origi ilə yollarını ayırdı


“Milan” Divok Origi ilə yollarını ayırdı

“Milan” hücumçusu Divok Origi ilə yollarını ayırıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, belçikalı futbolçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Klub 30 yaşlı oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2025/2026 mövsümündə Origi bir dəfə də meydanda çıxış etməyib. Belçikalı hücumçu sonuncu dəfə 2024-cü ilin aprelində, Nottingem Forestdə icarə əsasında oynayıb.

Hazırda “Milan” İtaliya çempionatında turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və Massimiliano Allegrinin komandası “İnter”dən cəmi bir xal geri qalır (32 xal – 33 xal).







İtaliya S.A.

 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi