13 yanvar 2026. Çərşənbə axşamı

“Menyan komandamızın çox vacib hissəsidir”


“Menyan komandamızın çox vacib hissəsidir”

İtaliyanın “Milan” klubunun baş məşqçisi Massimiliano Alleqri qapıçı Mayk Menyanın müqavilə vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano çalışdırıcının dediklərini belə çatdırıb.

“Klub bəzi əsas oyunçularımızla yeni müqavilələrin müzakirəsi üzərində çalışır. Şübhəsiz ki, Menyan komandamızın çox vacib hissəsidir”

Menyan “Milan”da 2021-ci ildən çıxış edir. Bu mövsümdə 30 yaşlı fransız bütün turnirlər daxil olmaqla 18 oyunda meydana çıxıb, 16 qol buraxıb və 8 oyunda qapısını toxunulmaz saxlayıb. Onun mövcud müqaviləsi “rossoneri” ilə cari ilin yayına qədər qüvvədədir.







İtaliya S.A.

Nkunku “Milan”da qalmaq istəyir
  • İtaliya S.A.
  • 23:13 11.01.2026
Nkunku “Milan”da qalmaq istəyir
"O, zərbə gücünü bərpa edəcək"
  • İtaliya S.A.
  • 19:12 11.01.2026
"O, zərbə gücünü bərpa edəcək"
 “Napoli” evdə xal itirdi
  • İtaliya S.A.
  • 23:56 07.01.2026
“Napoli” evdə xal itirdi