28 dekabr 2025. Bazar günü

“Napoli”dən inamlı qələbə


 “Napoli”dən inamlı qələbə

İtaliya A Seriyasının 17-ci turu çərçivəsində “Kremoneze” və “Napoli” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, oyun Covan­ni Çini stadionunda (Kremona, İtaliya) baş tutub. Matç 2:0 hesabı ilə qonaq komandası “Napoli”nin xeyrinə başa çatıb.

Oyun zamanı ilk qol 13-cü dəqiqədə “Napoli”nin hücumçusu Rasmus Hoylund tərəfindən vurulub. Birinci hissəyə əlavə olunan vaxtda eyni futbolçu dubla imza atıb. Qalan vaxt ərzində hər iki komanda məhsuldar hərəkət edə bilməyib.

16 oyundan sonra “Napoli”nin aktivində 34 xal var və klub turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Kremoneze” isə 17 oyundan sonra 21 xalla 11-ci yerdədir.

Növbəti turda “Napoli” 4 yanvarda səfərdə “Latsio” ilə qarşılaşacaq, eyni gündə “Kremoneze” isə səfərdə “Fiorentina” ilə üz-üzə gələcək.







İtaliya S.A.

 “Napoli”dən inamlı qələbə
  • İtaliya S.A.
  • 20:24 28.12.2025
“Napoli”dən inamlı qələbə
 “Milan” "Verona"nı darmadağın etdi
  • İtaliya S.A.
  • 17:59 28.12.2025
“Milan” "Verona"nı darmadağın etdi
“Onunla oynamaq zövqdür”
  • İtaliya S.A.
  • 16:00 27.12.2025
“Onunla oynamaq zövqdür”