14 may 2026. Cümə axşamı

“İnter” səfərdə “Atalanta”ya qalib gəldi


“İnter” səfərdə “Atalanta”ya qalib gəldi

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 17-ci turu çərçivəsində keçirilən “Atalanta” – “İnter” oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Berqamo şəhərində yerləşən “Ceviss – Atleti Azzurri d’Italia” stadionunda baş tutub. Matçın baş hakimi romalı Federiko La Penna olub.

Görüşdə minimal hesablı qələbəni “İnter” qazanıb – 0:1. Qonaqların hücumçusu Markus Tyuram 35-ci dəqiqədə fərqlənsə də, qol ləğv edilib. İkinci hissədə isə Lautaro Martines 65-ci dəqiqədə hesabı açaraq Milan təmsilçisinə qələbə qazandırıb.

Bu nəticədən sonra “İnter” 16 oyundan sonra 36 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. “Atalanta” isə 17 oyunda topladığı 22 xalla 11-ci pillədə qərarlaşıb.







İtaliya S.A.

 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi