- İtaliya S.A.
- 15:38 01.01.2026
İtaliyanın “Milan” klubunun sabiq baş məşqçisi Fabio Kapello “Yuventus”un da çempionluq uğrunda mübarizə aparan əsas namizədlərdən biri olduğunu bildirib.
90deqiqe.Az xəbər verir ki, "pianetamilan.it" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Əlbəttə ki, “Yuventus” çempionluğa iddialı komandadır. Klub artıq Çempionlar Liqası zonasındadır və bu, Luçano Spallettinin komandanın sükanı arxasına keçməsindən sonra əldə etdiyi ilk mühüm nailiyyətdir. May ayına qədər hələ kifayət qədər vaxt var ki, növbəti addımlar atılsın”
Qeyd edək ki, “Yuventus” sonuncu dəfə 2020-ci ildə İtaliya çempionu olub. Hazırda Turin klubu A Seriyasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.