- İtaliya S.A.
- 22:40 01.01.2026
“Milan”ın yarımmüdafiəçisi Luka Modriç müharibələr barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Corriere dello Sport" xorvatiyalı futbolçunun dediklərini belə çatdırıb.
“Bu gün müharibələr hələ də bitməyib. [Yuqoslaviya müharibələri] dəhşətli idi. O zaman bu müharibələri anlamırdım, indi də başa düşmürəm. Həyat gözəldir, amma müharibələr hər şeyi heç bir səbəb olmadan məhv edir”
Luka 1985-ci ildə anadan olub və uşaqlığı 1991–1995-ci illərdəki Xorvatiya müharibəsi dövrünə təsadüf edib. Həmin illərdə o, ailəsi ilə birlikdə qaçqın vəziyyətinə düşüb.
Modriç geniş tanınmasını Madridin “Real” klubunda çıxış etməsi ilə qazanıb və burada bir sıra titullara imza atıb. O, həmçinin “Dinamo” Zagreb və Londonda “Tottenhem” komandalarında da oynayıb. 2025-ci ilin yayından etibarən Luka Modriç “Milan”ın formasını geyinir.