2 yanvar 2026. Cümə

“Milan” Menyan ilə yeni müqaviləyə çox yaxındır


“Milan” Menyan ilə yeni müqaviləyə çox yaxındır

“Milan” klubu qapıçı Mayk Menyan ilə müqavilə müddətinin uzadılması işində böyük irəliləyiş əldə edib.

90deqiqe.Az xəbər verir ki, klub rəhbərliyi artıq bir neçə ay davam edən ssenarini yekunlaşdırmaq üzrədir və imza yaxın günlərdə atıla bilər.

Fransalı qolkiper 30 iyun 2029-a qədər yeni müqaviləyə çox yaxındır. Onun maaşı 6 milyon avro + bonus olacaq, həmçinin müqavilədə 2030-cu ilə qədər uzatma opsiyası mövcuddur. Massimiliano Allegri və Paolo Tare onu komandanın əsas oyunçularından biri hesab edirlər. 

Xatırladaq ki, Menyan 2021-ci ildən etibarən “Milan”ın formasını geyinir.







İtaliya S.A.