3 yanvar 2026. Şənbə

“Yuventus”un yeni idman direktoru bilindi


“Yuventus”un yeni idman direktoru bilindi

Marko Ottolininin İtaliyanın “Yuventus” klubunun idman direktoru təyin edilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ottolini, klubun baş direktoru Damien Komolliyə birbaşa tabe olacaq.

Marko Ottolini bir neçə ay əvvəl “Cenoa” klubundakı idman direktoru vəzifəsindən ayrılıb. O, daha əvvəl “Yuventus”da kəşfiyyatçı və icarəyə verilən futbolçulara məsul şəxs kimi fəaliyyət göstərmişdi.

Hal-hazırda "Yuventus" A Seriyasının 5-ci mövqeyindədir. Komanda növbəti qarşılaşmasını yanvarın 3-də öz meydanında "Leççe"yə qarşı keçirəcək.







İtaliya S.A.