3 yanvar 2026. Şənbə

“Milan”da keçirdiyim dövr karyeramın ən yaxşısı idi"


“Milan”da keçirdiyim dövr karyeramın ən yaxşısı idi"

Xorvatiyalı futbolçu Ante Rebiç, karyerasının ən yaxşı dövrünü İtaliyanın “Milan” klubunda keçirdiyini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, hazırda doğma vətəni Xorvatiyada “Hayduk” klubunun formasını geyən Rebiç, “Milan”da keçirdiyi dövrü təqdirlə xatırlayıb.

“Futbol və oyun baxımından ‘Milan’ mənim karyeramın ən yaxşı dövrü oldu. Bir çox tanınmış futbolçuya qarşı oynadım və bu mənə özümü və bacarıqlarımı yaxşıca sınamaq imkanı verdi”

Hal-hazırda “Milan” İtaliya A Seriyasının turnir cədvəlində ikinci yerdədir. Bugün, 3 yanvar tarixində, komanda “Kalyari” ilə qarşılaşacaq."Milan" sonuncu dəfə İtaliya çempionluğunu dörd il əvvəl, 2022-ci ildə qazanıb.







İtaliya S.A.