29 iyun 2026. Bazar ertəsi

“Yuventus” evdə xal itirdi


 “Yuventus” evdə xal itirdi

İtaliya Seria A-nın 18-ci turunda “Yuventus” öz meydanında “Leççe” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Turin şəhərindəki “Allianz” stadionunda keçirilən matç 1:1 hesabı ilə başa çatıb.

Görüşün 45+2-ci dəqiqəsində “Leççe” komandası üzvü Lamek Banda hesabı açaraq qonaqları önə çıxarıb. İkinci hissədə, 50-ci dəqiqədə, “Yuventus”un futbolçusu Veston MakKennie bərabərlik qolunu vurub. 66-cı dəqiqədə Conatan Deyvid Turinlilərə üstünlük gətirə bilərdi, lakin penalti zərbəsini realizə edə bilməyib.

Bu nəticədən sonra “Yuventus” 33 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. “Leççe” isə 17 xalla 16-cı yerdədir.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı