29 iyun 2026. Bazar ertəsi

“İnter”dən inamlı qələbə


 “İnter”dən inamlı qələbə

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 18-ci turu çərçivəsində “İnter” və “Bolonya” komandaları arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Milan şəhərində yerləşən “San-Siro” (“Cüzeppe Meatsa”) stadionunda baş tutan oyunda “neradzurri” 3:1 hesablı qələbə qazanıb.

Görüşdə hesabı 39-cu dəqiqədə Pyotr Zelinski açaraq “İnter”i önə çıxarıb. 48-ci dəqiqədə Lautaro Martines fərqi iki topa çatdırıb. 74-cü dəqiqədə Markus Türam Milan təmsilçisinin üçüncü qolunu vurub. Qonaqların yeganə qoluna isə 83-cü dəqiqədə Santyaqo Kastro imza atıb.

Bu nəticədən sonra “İnter” 39 xalla İtaliya çempionatının turnir cədvəlinə liderlik edir. “Bolonya” isə 26 xalla 7-ci pillədə qərarlaşıb.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı