8 yanvar 2026. Cümə axşamı

"Ən vacib olan komandanın böyüməyə davam etməsidir"


"Ən vacib olan komandanın böyüməyə davam etməsidir"

“Komо”nun baş məşqçisi Sesk Fabreqas İtaliya A Seriyasının 19-cu turunda “Piza”ya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra matçı dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının inkişafını əsas prioritet kimi gördüyünü bildirib:

“Rəqəmlər sadəcə rəqəmlərdir. Ən vacibi odur ki, komanda inkişafını davam etdirsin. ‘Piza’ çox yaxşı oyun göstərdi, sona qədər mübarizə apardı və çox enerji sərf etdi. Biz isə xətlər arasında əlaqəni yaxşılaşdırmaq üçün bəzi dəyişikliklər edərək yeni həll yolları axtarmalı olduq”, – deyə Football Italia Fabreqasın sözlərini sitat gətirib.

Turnir cədvəlində yüksək pillələrdə yer almasına baxmayaraq, Fabreqas çempionluq iddiaları ilə bağlı müzakirələri qəti şəkildə rədd edib:

“And içirəm ki, turnir cədvəlinə baxmıram. Hazırda bu məqsəddən danışmaq üçün uyğun vaxt deyil. ‘İnter’, ‘Yuventus’, ‘Napoli’ və ‘Milan’ kimi klublar çempionluq barədə danışa bilər. Biz isə yox”.

Gələcək planlardan da söz açan çalışdırıcı klubun italiyalı futbolçuların inkişafına xüsusi önəm verdiyini vurğulayıb:

“Biz İtaliyadayıq və ‘Komо’da çoxlu italiyalı oyunçunun çıxış etməsi tamamilə düzgündür. Ümid edirəm ki, 2-3 ildən sonra bu mövzuya fərqli baxış bucağından yenidən qayıda biləcəyik”.

Fabreqas hücumçu Anastasios Duvikasın performansını da xüsusi qeyd edib:

“Onun adına çox sevinirəm. Komanda üçün inanılmaz dərəcədə əzmkar çalışır və düzgün mentalitetə malikdir. 26 yaşında hələ inkişaf üçün böyük potensialı var”.

Hazırda “Komо” 33 xalla turnir cədvəlinin dördüncü pilləsində, “Piza” isə 12 xalla sonuncu – 20-ci yerdə qərarlaşıb.







İtaliya S.A.

 “Napoli” evdə xal itirdi
  • İtaliya S.A.
  • 23:56 07.01.2026
“Napoli” evdə xal itirdi
 “Roma”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 23:26 06.01.2026
“Roma”dan inamlı qələbə
 “İnter”dən inamlı qələbə
  • İtaliya S.A.
  • 03:08 05.01.2026
“İnter”dən inamlı qələbə
“Napoli” “Latsio”ya qalib gəldi
  • İtaliya S.A.
  • 20:38 04.01.2026
“Napoli” “Latsio”ya qalib gəldi