14 may 2026. Cümə axşamı

Massimiliano Alleqri Olimpiya məşəlinin estafetində iştirak edəcək


Massimiliano Alleqri Olimpiya məşəlinin estafetində iştirak edəcək

İtaliyanın “Milan” klubunun baş məşqçisi Massimiliano Alleqri 2026-cı il Qış Olimpiya Oyunları öncəsi keçiriləcək Olimpiya məşəlinin estafetində iştirak edən şəxslər siyahısına daxil edilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Milan təmsilçisi sosial şəbəkələrdə məlumat yayıb.

“Massimiliano Alleqriyə Milan və Kortina-d’Ampezzo şəhərlərində keçiriləcək 2026-cı il Qış Olimpiya Oyunları ərəfəsində Olimpiya məşəlini daşımaq şərəfi veriləcək. Təbrik edirik, mister!” — deyə “rossoneri”nin paylaşımında qeyd olunub.

Qeyd edək ki, Alleqri məşqçilik karyerası ərzində 2010–2014-cü illərdə də “Milan”ı çalışdırıb. Təcrübəli mütəxəssis daha əvvəl “Yuventus”, “Kalyari”, “Sassuolo” və digər klublarda da fəaliyyət göstərib. Onun aktivində A Seriyasında altı çempionluq, beş İtaliya Kuboku və üç İtaliya Superkuboku var.

2026-cı il Qış Olimpiya Oyunları 6–22 fevral tarixlərində Milan və Kortina-d’Ampezzo şəhərlərində keçiriləcək.







İtaliya S.A.

 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi