14 may 2026. Cümə axşamı

Lukakunun yaşıl meydanlara qayıtması təxirə salınıb


Lukakunun yaşıl meydanlara qayıtması təxirə salınıb

Belçikalı hücumçu Romelu Lukakunun “Napoli”nin əsas heyətinə qayıdışı yenidən təxirə salınıb.

90deqiqe.Az-ın "Il Mattino"ya istinadən məlumatına görə, avqust ayında aldığı zədə səbəbindən artıq beş aydır meydana çıxa bilməyən futbolçunun 2026-cı ilin əvvəllərində sıraya dönəcəyi gözlənilirdi. Lakin Lukaku A Seriyasının növbəti turunda “Verona”ya qarşı keçiriləcək oyunda da iştirak etməyəcək.

Futbolçunun yaxın vaxtlarda geri dönüş perspektivinə ümumilikdə skeptik yanaşılması və yanvar ayında Lukakunun meydana qayıdışının real olmadığını gözlənilir. Belçikalı hücumçunun hazırkı vəziyyəti “sonu görünməyən kabus” kimi xarakterizə olunur.

Qeyd edək ki, Romelu Lukaku 2024-cü ildən etibarən “Napoli”nin şərəfini qoruyur.







İtaliya S.A.

 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi